Qafqaz Xalqları Ali Dini Şurası Azərbaycan prezidentinə müraciət edib

qafqaz xalqlari ali dini surasi azerbaycan prezidentine muraciet edib

Qafqaz Xalqları Ali Dini Şurası Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

 

APA-nın xəbərinə görə, müraciət “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransında səsləndirilib.

 

Müraciətdə deyilir:

 

“Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi  ünvanlamaq istəyirik. Bu təşəkkür borcumuz bu gün işini tamamlayan  Qafqaz xalqları Ali Dini Şurasının hesabat konfransına olan yüksək diqqət və qayğınıza görədir. Sizin milli, dini və mənəvi dəyərlərə verdiyiniz önəmi təkcə Azərbaycan xalqı deyil, Qafqaz xalqlarını təmsil edən din xadimləri də yüksək qiymətləndirir və minnətdarlıqlarını bəyan etməyi  rica edirlər. Bu günlərdə Bakıda toplaşan Qafqaz xalqları Ali Dini Şurasının dini liderləri və konfessiya  rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər mötəbər qonaqlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin canlı şahidi oldular. Milli-mədəni irsin dirçəlişində göstərdiyiniz maddi və mənəvi yardım ölkədə apardığınız geniş miqyaslı işlərin bir hissəsi olsa da, dindarların qəlbində dini dəyərlərə və multikultural ənənələrə verilən böyük önəm və diqqətin təzahürü kimi əksini tapdı. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığının bərqərar olması müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

 

“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransın gedişatı bir daha sübut etdi ki, Azərbaycanda dini durum münbit şəraitə və dinlərarası qarşılıqlı ehtiram ruhuna malikdir. Zati-aliləriniz tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması müstəqil və demokratik Azərbaycan Respublikasının elitar mədəni siyasətinin göstəricisidir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və zati-alilərinizin səyləri ilə uğurla davam etdirilib. Bu gün Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunur, dünya miqyaslı  mötəbər tədbirlərlə yanaşı, din xadimlərinin iştirak etdiyi ali məclislərə - MDB müsəlmanları Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının iclaslarına, Dini liderlərin  ümumdünya sammitinə Bakıda ev sahibliyi edir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac var.  Zati-aliləriniz tərəfindən yaradılan bu model sayəsində bir çox münaqişələrin, qanlı olayların qarşısını almaq mümkündür; biz din xadimləri müxtəlif  bölgələrdə  bunun canlı şahidi olmuşuq və dualar etmişik ki, bu humanist mədəniyyət nümunəsi hər zaman daha effektiv və davamlı olsun. Biz, zati-alilərinizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu müstəvidə atdığı addımları, mədəniyyətlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirik və belə bir müstəsna ideyanın  müəllifi olduğunuza görə dərin  təşəkkürlərimizi bildiririk. İmkandan istifadə edərək, böyük ehtiram hissi ilə Sizə uzun ömür, cansağlığı,  Azərbaycan  dövlətinə və xalqına  tərəqqi və rifah  arzulayırıq. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağ  problemi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə öz ədalətli həllini tapacaq. Əminik ki, uca yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti zati-alilərinizlə olacaq. Bu, bizim ümidimiz və Sizin üçün ünvanlanan dualarımızdır!”

 

Müraciəti şeyxülislam Allahşükür Paşazadə (Qafqaz  xalqları Ali Dini Şurası və Qafqaz Müsəlmanları İdarəsinin sədri), İsmail Berdiyev (Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri), Aleksandr (Bakı və Azərbaycan arxiyepiskopu), Salax Mejiyev (RF, Çeçenistan Respublikasının müftisi), Milix Yevdayev  (Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri), Axmed Abdullayev (RF Dağıstan Respublikası müftisi), Vladimir Fekete (Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi), Xazratali Dzasejev (RF Kabarda-Balkar Respublikası müftisi), Xadjimurad Qatsalov (RF Şimali Osetiya (Alaniya) müftisi), Şafik Pşixaçev (Beynəlxalq İslam Missiyasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi), Sultanaxmed Karolayev (RF Kalmıkiya Respublikası müftisi), Askarbiy Kardanov (RF Adıgey Respublikası və Krasnodar vilayəti müftisi), Muxammad Raximov (RF Stavropol vilayəti müftisi) imzalayıb.                              

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ