Qazaxıstan dini radikalizmlə mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

qazaxistan dini radikalizmle mubarize sahesinde azerbaycanin tecrubesini oyrenmekde maraqlidir

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Arın Berik Saqbayulını qəbul edib.

 

Komitədən APA-ya verilən məlumata görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Qurbanlı Azərbaycanda dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarına diqqət çəkərək, bunu ölkəmizin ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb.

 

Sədr qeyd edib ki, Azərbaycanda mədəniyyətlərarsı dialoq, tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet sahələridir və ölkəmiz bu istiqamətdə artıq uzun illərdir bir sıra qlobal forumlara ev sahibliyi edir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan M.Qurbanlı ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də möhtəşəm açılış mərasiminin baş tutduğunu diqqətə çatdırıb.


Öz növbəsində qonaq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, təmsil etdiyi nazirlik Azərbaycanın dini konfessiyaları, icmaları, eləcə də Azərbaycan dövlətinin din siyasətinin, dini radikalizmlə və ekstremizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlıdır. Qonaq Qazaxıstanda bu sahədə aparılan işlər barədə məlumat verib.

 

Görüş zamanı dini və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac olduğu qeyd olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov nato nun toplantisinda istirak edecek
    Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
  • erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir
    Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməy...
erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ