QMİ imsakın vaxtı ilə bağlı bəyanat yayıb

qmi imsakin vaxti ile bagli beyanat yayib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı bəyanat yayıb.

 

İdarədən APA-ya daxil olan bəyanatda bildirilir ki, QMİ Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur: "İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub.

Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir.

İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki ecnebinin saxta senedlerle serhedden kecmesinin qarsisi alinib
    İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı ...
  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
bakida ev yanib 2 nefer xilas edilib bakida ev yanib 2 nefer xilas edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267