Robert Sekuta: “ABŞ Azərbaycanla münasibətlərin inkişafına çalışır”

robert sekuta abs azerbaycanla munasibetlerin inkisafina calisir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: “Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır”.

 

Səfir Azərbaycanın güclü  tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını deyrib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

 

M. Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan  hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda ilk defe yuksek tehlukesiz pul capi movzusunda beynelxalq konfrans kecirilir
    Azərbaycanda ilk dəfə “Yüksək təhlükəsiz pul çapı” mövzusund...
  • goran poliqonunda 40 mm lik silah qumbarasi askarlanib
    Goran poliqonunda 40 mm-lik silah qumbarası aşkarlanıb
goran poliqonunda 40 mm lik silah qumbarasi askarlanib goran poliqonunda 40 mm lik silah qumbarasi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ