Tramp dini azadlıqlar haqqında fərman imzalayıb

tramp dini azadliqlar haqqinda ferman imzalayib

ABŞ prezidenti Donald Tramp dini azadlıqlar haqqında fərman imzalayıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd dini təşkilatlara siyasi xadimləri  dəstəkləməyi, siyasətlə əlaqəli digər fəaliyyətlərlə məşğul olmağı icazə verir.  

 

Tramp Ağ Evdə çıxışı zamanı qeyd edib ki, fərman ABŞ-da din və söz azadlığını təmin edəcək: “Vergi qurumu siyasi çıxışlara görə dini təşkilatları bir daha təqib etməyəcək”.   

 

“Mənim administrasiyam dövründə söz azadlığı kilsə, sinaqoq və digər dini obyektlərin  kandarında qalmayacaq. Hökumət fikir ifadəsinə görə dini qurumları bir daha təqib etməyəcək. ABŞ heç vaxt dini diskriminasiya ilə məşğul olmayacaq”, - deyə Tramp vurğulayıb.    

 

“Biz dini azadlığı hamı üçün müdafiə edirik”, - deyə Tramp bildirib.  

 

Qeyd edək ki, Trampın imzaladığı fərman “Consonun düzəlişləri” adlanan qanunu qüvvədən salıb. 1954-cü ildə qəbul olunan qanun kilsə və digər dini qurumlara bu və ya digər siyasətçilərin lehinə və ya əleyhinə çıxış etməyi qadağan edib. Bu vaxtadək qadağanı pozan dini qurumlar vergi imtiyazlarından məhrum edilirdilər.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
  • varsavada azerbaycan polsa biznes forumu kecirilib
    Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
varsavada azerbaycan polsa biznes forumu kecirilib varsavada azerbaycan polsa biznes forumu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ