Abşeron rayon İcra Hakimiyyəti işçilərinə atəş açan şəxs tutulub

abseron rayon icra hakimiyyeti iscilerine ates acan sexs tutulub

Abşeronda icra hakimiyyətinin nümayəndələrinə atəş açan şəxs saxlanılıb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

 

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:52 23 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan holding in mehsullari worldfood azerbaijan sergisinde boyuk maraq dogurub
    ® “Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” s...
  • axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib
    AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçiril...
axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277