Ali Məhkəmədə “Sadval” hərəkatının üzvünün şikayətinə baxılıb

ali mehkemede sadval herekatinin uzvunun sikayetine baxilib

Ali Məhkəmədə 1994-cü il mart ayının 19-da metronun “20 Yanvar” stansiyasında partlayış törətmiş Rahib Məhsinovun şikayətinə baxılıb.

 

Bu barədə APA-ya məlumat verən vəkil Elman Osmanov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. E. Osmanov qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini deyib.

 

Qeyd edək ki, bir müddət əvvəl vəkil Ali Məhkəmənin Plenumuna R. Məhsinovun barəsində hökmün ləğv edilməsi, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilərək araşdırılması barədə müraciət edib. Müraciətdə R. Məhsinovun heç bir zaman “Sadval” hərəkatının üzvü olmadığı, onun bu cinayət işində təqsirinin olmadığı bildirilib.

 

1994-cü il mart ayının 19-da metroda qatara qoyulmuş saat mexanizmli əldə düzəltmə partlayıcı qurğu qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanının bəzi hissələri çöküb.

 

 Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Hərəkatının üzvləri həbs edilib. İstintaqın nəticələrinə görə, terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli olublar və hazırlığı bu ölkədə keçiblər. Terror faktı üzrə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Rahib Məhsinov I dərəcəli Ali Məhkəmənin Kollegiyasının hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib, Qobustanda yerləşən həbsxanada cəza çəkir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ