Altı tələbənin ölümünə səbəb olan sürücünün əvvəl də eyni xarakterli əmələ görə məhkum edildiyi məlum olub

alti telebenin olumune sebeb olan surucunun evvel de eyni xarakterli emele gore mehkum edildiyi melum olub

Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun eyni xarakterli cinayətə görə məhkum edildiyi məlum olub.

 

 

APA-nın xəbərinə görə, N. Hüseynov 15 aprel 2013-cü ildə idarə etdiyi "Ford" markalı mikroavtobusla Abşeron rayon Xırdalan şəhərində yol keçən piyada Ərzuman Məcidovu vuraraq, sağlamlığına az ağır xəsarət yetirib. Buna görə, N. Hüseynov Abşeron Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmü ilə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

 

 

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

 

N. Hüseynovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:52 23 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan holding in mehsullari worldfood azerbaijan sergisinde boyuk maraq dogurub
    ® “Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” s...
  • axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib
    AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçiril...
axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277