“ASAN xidmət”in adından istifadə edərək vətəndaşların pulunu mənimsəyən şəxs barəsində cinayət işi başlanıb

asan xidmet in adindan istifade ederek vetendaslarin pulunu menimseyen sexs baresinde cinayet isi baslanib

“ASAN xidmət”in adından istifadə edən şəxslə bağlı cinayət işi başlanıb.

 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) və Baş Prokurorluğun mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, “ASAN xidmət”in adından istifadə edilməklə dələduzluq əməllərinin törədilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zöhrab Paşayevin özünü “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək 2017-ci ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13600 (on üç min altı yüz) manat məbləğində pulu ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan həmin faktlar üzrə cinayət işi başlanıb.

 

Z. Paşayevə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, istintaq zamanı Z.Paşayevin özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blankarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10.660 (on min altı yüz altmış) manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub.

 

Hazırda Z.Paşayevin törətdiyi digər əməllərin araşdırılması, eləcə də cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ