Astarada Rusiya vətəndaşından xeyli miqdarda narkotik götürülüb

astarada rusiya vetendasindan xeyli miqdarda narkotik goturulub

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, aprelin 16-da Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kəndində yaşayan Rusiya Federasiyanın vətəndaşı olan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb.

 

​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267