Atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

atasini olduren sexsin apellyasiya sikayeti temin edilmeyib

Şirvan Apellyasiya Məhkəməsində Astarada atasını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Dadaşov Xəlil Fərhad oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

 

Qeyd edək ki, 2017-ci il mayın 8-də Astra sakini, Dadaşov Xəlil Fərhad oğlu atası, 76 yaşlı Dadaşov Fərhad Xəlil oğlunu təqaüd kartı üstündə əvvəlcə döyüb, sonra bıçaqlayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 120.2.9, 228.4 maddələri ilə təqsirləndirilən Dadaşov Xəlil Fərhad oğlu 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273