"AzTV" sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər dindirilib

aztv sedrini oldurmeye cehdde teqsirlendirilen sexslerin mehkemesinde sahidler dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova ifadə verib. O deyib ki, A. Alışanovun Ş. Əkbərova torpaq sahəsi üçün pul verdiyi haqqında məlumatı olub. Şahid deyib ki, onun adına 6 hektar torpaq sahəsi alınıb. Torpaq sahələrində A. Alışanovun aldığı texnikalardan da istifadə edilib.

 

Şahid sualları cavablandırarkən deyib ki, Ş. Əkbərov ürəyindən əməliyyat olunarkən, onun əməliyyat pulu Arif Alışanov tərəfindən verilib.

 

Digər şahid Ələkbər Əliyev ifadəsində bildirib ki, Ş. Əkbərovla dost olub. O, özünə məxsus silahı Şücayət Əkbərova verdiyini qeyd edib. Şahid bildirib ki, Ş. Əkbərov həmin silahı evində saxlayırdı. Ə. Əliyev deyib ki, özünə məxsus 34 sot torpaq sahəsini Ş. Əkbərova satmaq istəyib: "O, bu torpaq sahəsini məndən alıb, həyat yoldaşının adına keçirmək istəyib".

 

Tofiq Seyidov deyib ki, A. Alışanov tərəfindən Ş. Əkbərova maddi köməklik göstərilirdi. Onun sözlərinə görə, Ş. Əkbərovun maddi vəziyyətinin sonradan yaxşılaşması barədə məlumatı yoxdur.

 

T. Seyidovun məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğuna görə, ifadə elan edilib. İfadədə göstərilib ki, Ş. Əkbərov A. Alışanova qarşı dələduzluq edib, onun pulu ilə başqalarının adına özü üçün avtomobil və əmlak alıb.

 

Şahid isə bu barədə başqalarından eşitdiyi üçün belə yazdığı deyib.

 

Proses iyunun 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267