Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxs məhkəmədə ifadə verib

bakida dsk sedrinin oglunu qetle yetiren sexs mehkemede ifade verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

V. Rüstəmov ittiham aktına münasibət bildirərək, özünü təqsirli bilib və ifadə verib.

O bildirib ki, fəhləliklə məşğul olub və öldürdüyü Fərid Abbasovun şəxsin evində elektrik xətlərinin çəkilməsində iştirak edib: "Mənə gördüyüm işə görə gündəlik 15 manat pul verirdi. İşlərim bitdikdən sonra da biz mütəmadi görüşürdük. Bir gün o mənə dedi ki, Rusiyadan və Ukraynadan it gətirməkdə ona kömək edim. Çünki mən Rusiya vətəndaşı idim. Mən də bu barədə Rusiyadakı dostlarımla əlaqə saxladım və bu işə başladıq. Əldə olunan gəliri yarı bölməli idik. Hadisə olan gün mən yenə Xalqlar Dostluğu metrosunun yaxınlığında fəhlə kimi dayanmışdım. O məni zəng edib öz evinə çağırdı. Evdə bir az spirtli içki qəbul etdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Yalvardım ki, məni buraxsın. O isə yenə məni döyməyə başladı. Məndən fiziki cəhətdən güclü idi. Məni yerə yıxıb vuranda əlimə şüşə külqabı gəldi və mən külqabı ilə başına bir neçə zərbə vurdum. Sonra o yerə yıxıldı və məni buraxdı. Bundan sonra əlimin qanını yudum və sonra onun əlini və ağzını yapışqanla bağlamışam".

 

 

Prosesdə qətlə yetirilən şəxsin atası Vahid Abbasov da ifadə verib. O bildirib ki, V. Rüstəmov soyğunçuluq məqsədilə qəsdən oğlunu qətlə yetirib: "Çünki evə hazırlıqlı gəlmişdi. Çantasına yapışqan, kəndir və beşbarmaq kimi tanınan dəmir var idi. Bu adam cinayəti tamah məqsədilə törədib. Məhkəmədən oğlumun qatilinə ən ağır cəza istəyirəm".

 

 

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, qətl hadisəsi ötən il yanvarın 7-də qeydə alınıb. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzildə tapılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib və o, həbs edilib.

 

 

Qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan nefti bahalasib
    Azərbaycan nefti bahalaşıb
  • telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub
    Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyul...
telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub telman ismaylovun las veqasdaki ticaret merkezine hebs qoyulub +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ