Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb

bakida mescidi partlatmaq isteyen pkk cinin sikayetine baxilib

Bakıda məscidi partlatmaq istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Apellyasiya Məhkəməsində Bakının Qaraçuxur qəsəbəsində məscidi partlatmaq istəyən  Elnur Ələkbərovun apellyasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

 

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib. Hökmdən yalnız E. Ələkbərov apellyasiya şikayəti verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini sirke tursusundan zeherlenib
    Tovuz sakini sirkə turşusundan zəhərlənib
  • bakida cinin silahli quvveleri gunu qeyd olunub
    Bakıda Çinin Silahlı Qüvvələri Günü qeyd olunub
bakida cinin silahli quvveleri gunu qeyd olunub bakida cinin silahli quvveleri gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ