Bakıda narkotacir tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz alqı-satqısını həyata keçirən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

 

DİN-in məlumata görə, bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Belə ki, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma),  264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma)  və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəlləri ilə axtarışda olan Balaxanı qəsəbə sakini Əhməd Əliyev tutulub. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 10,135 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq  Ə.Əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.

 

Qeyd edək ki, Ə.Əliyev  paytaxt və Sabunçu rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınır və o, istintaqa ifadəsində bu əməlini etiraf edib. Həmçinin Ə.Əliyev Sabunçu polisinin bir neçə ay ərzində rayon ərzisində narkotacirlərə qarşı keçirdiyi silsilə əməliyyatlar zamanı saxlanılan şəxsləri də onların satışını həyata keçirmələri üçün narkotik vasitələrlə təmin edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277