Bakıda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda  “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

 

APA-nın əldə etdiyi məlumata görə, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzanın beşinci qurbanı altı aylıq Hüseynova Cənnət İntamiz qızı olub. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.  

 

 

 

**** 21.18

 

Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, qəza Xocəsən-Lokbatan yolunda baş verib. "Mercedes-190” markalı minik avtomobilinin  "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5  nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir. 

 

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. 

 

Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.

 

 

 

***** 19.17

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı Şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun ərazisində "Mercedes" 190 markalı minik avtomobili ilə "İsuzu" markalı yük maşını toqquşub, nəticədə bir neçə nəfər ölüb.

 

Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
  • bakida 2018 camca regional forumu kecirilir
    Bakıda 2018 CAMCA Regional Forumu keçirilir
bakida 2018 camca regional forumu kecirilir bakida 2018 camca regional forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267