Bakıda polislərə bıçaqla müqavimət göstərən şəxs zərərsizləşdirilib

bakida polislere bicaqla muqavimet gosteren sexs zerersizlesdirilib

Bakıda supermarketdən oğurluq edən şəxs polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları - polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət aparan zaman Hüseyn Cavid prospektindəki supermarketdən çıxan şəxsin qaçdığını müşahidə ediblər. Bu zaman supermarketin işçiləri polisdən kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən çıxardığı bıçaqla müqavimət göstərməyə çalışıb.

 

Polislər onu tərksilah edərək zərərsizləşdirib, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.

 

Bölmədə aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşadığı müəyyən edilib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ