Bakıda iki polisin ölümü ilə nətcələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

bakida iki polisin olumu ile netcelenen yol qezasi ile bagli cinayet isi baslanib

Bakıda polis əməkdaşları qəzaya düşüb.

 

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 07.30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.

 

Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.

 

Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

 

Qeyd edək ki, qəza barədə xəbəri ilk olaraq lent.az yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:51 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • neft ucuzlasib
    Neft ucuzlaşıb
  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273