Bakıda tapılan doğranmış kişi meyitindən güllə çıxarılıb

bakida tapilan dogranmis kisi meyitinden gulle cixarilib

Bakıda tapılan, hissələrə parçalanmış kişi meyitinin üzərində güllə aşkarlanıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyitin hissələrinin müayinəsi zamanı bir ədəd 9 mm kalibrli güllə aşkar edilib.

 

Bunun qətlin hansı silahla törədilməsinin müəyyənləşdirilməsində və işin açılmasında istintaqa böyük köməklik göstərəcəyi ehtimal olunur.

 

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Tapılmış kişi meyiti hissələrə bölünmüş vəziyyətdə olub. Onun başı və ayaqları bir neçə gün sonra tapılıb, əlləri isə hələ tapılmayıb.

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə,  faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hüquq-mühafizə orqanları meyitin baş hissəsinin fotoşəkilini də yayıb. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267