Bakıda inşa edilən yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Hadisə yerində yaradılan operativ qərargahdan APA-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.

 

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.

 

Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.

 

Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 

 

***** 19.40

 

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

APA-nın xəbərinə görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

*** 19.15

 

Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.

 

APA-nın məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.

 

Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir.

 

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub. Yanğının söndürülməsi üçün iş görülür. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:24 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehsil nazirliyinin hesabat tedbiri kecirilib
    Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib
  • eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir
    Əli Əhmədov: "Azərbaycanda tələbələrin sayı dünya göstəricis...
eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267