“Beynəlxalq Bank”ın daha iki əməkdaşının məhkəməsi başlayır

beynelxalq bank in daha iki emekdasinin mehkemesi baslayir

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

 

APA-nın xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası aprelin 20-nə təyin edilib.

 

İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267