Biznesmen ərinin şikayəti əsasında saxlanılan qadın məhkəmədə özünü təqsirli bilməyib

biznesmen erinin sikayeti esasinda saxlanilan qadin mehkemede ozunu teqsirli bilmeyib

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən T. Abdullayeva özünü təqsirli bilməyib.

 

Prosesdə zərərçəkmiş qismində 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov və Orxan Babayev ifadə verib. Onlar ötən ilin iyunun ayının 17-də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan T. Abdullayevanı saxlamaq əmri verildiyini bildiriblər. Qeyd ediblər ki, bölmədə onun barəsində məcburi gətirilmə haqda qərar olub və Təyminə Abdullayevanın yaşadığı mənzilə gedən zaman qadın onlara xəsarət yetirib.

 

Proses mayın 24-də davam edəcək.
 

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

 

T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. B.Abdullayev bildirib ki, nikaha daxil olandan sonraəldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək üçün saxtakarlıq edərək, yeni şəxsiyyət vəsiqəsi alıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, şikayətçiyə 890 min manat məbləğində ziyan vurub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ