Bakıda soyğunçuluq, quldurluq və oğurluq törətmiş 38 qrup zərərsizləşdirilib

bakida soygunculuq quldurluq ve ogurluq toretmis 38 qrup zerersizlesdirilib

2017-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2865 cinayət qeydə alınıb ki, onların da 82,3%-i (2.359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7%-i isə (506-ı) ağır və xüsusilə ağır növlər olub.

 

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

 

Qeyd olunub ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə adam öldürməyə cəhdlər 3 dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar 40,0% azalıb.

 

Baş verən cinayətlərin 75,4%-nin (74,4%), ağır növlərinin 73,8%-nin (78,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,7%-nin (60,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan  438 cinayətdən 88,4%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (94,4%), adam öldürməyə cəhdlərin 100%-i  (100%) açılıb.

 

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 1,0%, qəsdən adam öldürmələr 5,6%, mülkiyyət əleyhinə olan cinayətlər 4,0%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,2%, xüsusi əmlak oğurluqları 8,4%, mənzillərdən edilən oğurluqlar 13,6%, mal-qara oğurluğu 38,3%, soyğunçuluqlar 11,5%, quldurluqlar 2,7%, xuliqanlıqlar 6,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.

 

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.242 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 61 bağlı cinayət açılıb.

 

Təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8%-i (+1,3%, 336-ı), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9%-i (-6,0%, 92-i) tutulub.

 

Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.

 

Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kq-dan çox (+46 kq 948 qr) narkotik vasitə çıxarılıb.

 

Hesabat dövründə 44 odlu silah, 4 qumbara, 1319 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah əməliyyat yolu ilə götürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ