Çoxuşaqlı azərbaycanlı qadının Rusiyaya girişinə qoyulmuş qadağa götürülüb

coxusaqli azerbaycanli qadinin rusiyaya girisine qoyulmus qadaga goturulub

Rusiyada prokurorluq Azərbaycan vətəndaşının pozulmuş hüququnu bərpa edib.

 

 

APA-nın Rusiya bürosunun məlumatına görə, Saratov vilayəti Prokurorluğu çoxuşaqlı ana olan Azərbaycan vətəndaşının pozulmuş hüquq və azaldıqlarını bərpa etməyə nail olub.
 

Belə ki, 2015-ci il sentyabrında Federal Miqrasiya Xidmətininin İdarəsi Azərbaycan vətəndaşının Rusiya ərazisinə daxil olmasına qadağa qoyub. Buna səbəb Azərbaycan vətəndaşının 3 il ərzində 2 dəfə inzabati xətaya yol verməsi olub. Lakin Federal Miqrasiya Xidmətinin əməkdaşları Azərbaycan vətəndaşının çoxuşaqlı ana olmasını və həyat yoldaşının Rusiya vətəndaşlığını nəzərə almayıblar. Prokurorluq Azərbaycan vətəndaşının üzərindən Rusiyaya giriş icazəsinin qadağan olunması haqında qərarı ləğv etdirə bilib.


"Rusiya Federasiyasına girişin qadağın olunması haqqında qərarın qəbulu ilə xarici vətəndaşa şəxsi ailə həyatında hüquq və azadlıqlarını həyata keçirməsinə, öz uşaqları ilə Rusiya Federasiyasında yaşamasına maneə yaradılıb. Bu, Rusiya Federasiyası Konstitusiyasının və Rusiya Federasiyasında xarici vətəndaşların hüquqlarının vəziyyəti haqqında" federal qanunun pozulması deməkdir", - deyə Saratov vilayəti Prokurorluğunun məlumatında bildirilib.


Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə regional Baş İdarəsinə aşkarlanmış pozuntuların aradan götürülməsi ilə bağlı təqdimat verilib. Nəticədə çoxuşaqlı Azərbaycan vətəndaşı olan qadına qarşı tətbiq edilən qadağa aradan götürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267