DBNX: "Azərbaycana Gürcüstan vasitəsi ilə Ermənistan mənşəli xəstə heyvan idxal edilməyib"

dbnx azerbaycana gurcustan vasitesi ile ermenistan menseli xeste heyvan idxal edilmeyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bəzi  KİV-də guya Gürcüstan vasitəsi ilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi barədə yayılmış məlumatlara münasibət bildirib.

 

DBNX-dan APA-ya daxil olan məlumatda bildirilir ki, bu məlumatların heç bir əsası yoxdur, həqiqəti əks etdirmir, heç bir fakta söykənmir və Ermənistandan heç bir heyvan və heyvan mənşəli məhsullar ölkəyə idxal edilməyib.

 

Məlumatda qeyd edilir ki, Gürcüstan və digər ölkələrdən Azərbaycana gətirilən heyvan və heyvan mənşəli məhsullara həmin ölkələrin baytarlıq xidmətləri tərəfindən sağlamlığına dair baytarlıq sertifikatı və digər müvafiq sənədləri təqdim edildikdən sonra onların idxalına icazə verilir: “Respublikaya idxalına icazə verilmiş heyvandarlıq məhsulları müvafiq laboratoriya müayinələrindən keçirildikdən sonra istifadəsinə icazə verilir. Bu müddət ərzində laboratoriyada müvafiq analizləri aparılan idxal edilən məhsullarda vərəm və digər infeksion xəstəliklərin törədiciləri aşkar edilməyib”.

 

DBNX yayılmış məlumatların həqiqəti əks etdirmədiyini, heç bir real faktlara əsaslanmadığını və şayiə xarakterli olduğunu  bildirir.

 

Xidmət onu da bildirir ki, respublikaya idxal olunan bütün heyvan və heyvan mənşəli məhsullara nəzarət olunur və ölkədə epizootik vəziyyət sabitdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
  • erdogan avropa ittifaqi xristian ittifaqidir
    Ərdoğan: “Avropa İttifaqı xristian ittifaqıdır”
erdogan avropa ittifaqi xristian ittifaqidir erdogan avropa ittifaqi xristian ittifaqidir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ