Deputatın oğlu məhkəmədə ifadə verib

deputatin oglu mehkemede ifade verib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.

 

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Həbib Axundov ifadə verib.

H. Axundov qeyd edib ki, E.İbrahimov Fərman Məmmədovdan iş qurmaq adı ilə 450 min manat pul alıb: "Iş qurulmaq üçün bu məbləğ  alınıb. Mən də həmin məbləğə zamin durmuşam. Fərmanın başqa vaxt Elnura  verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Fərmanın özünə  125 min manat pul qaytarmışam".

 

Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verdiyini bildirib.

 

Proses gələn həftə davam edəcək.

 

E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib.

 

İttihama görə, E.İbrahimov 2013-cü ilin əvvəlindən zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadıb, ümumilikdə zərərçəkmişlərin 1 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

 

Zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini vuraraq asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini vuraraq aşırıb, 3 n...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267