Deputatın oğluna qarşı dələduzluqda təqsirləndirilən şəxs özünü təqsirli bilməyib

deputatin ogluna qarsi deleduzluqda teqsirlendirilen sexs ozunu teqsirli bilmeyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıblar.

 

Sonra prokuror ittiham aktını elan edib.

 

İttihama münasibət bildirən E. İbrahimov özünü təqsirli bilməyib.

 

Sonra zərərçəkmiş şəxslər ifadə veriblər.

 

Zərərçəkmiş Zaur Səfərov bildirib ki, Murad adlı şəxsə iş qurmaq adı ilə 72 min manat pul verib: "Eşitdim ki, bu pullar Elnur İbrahimova çatacaq. Sonra Elnurla görüşdüm, o söz verdi ki, pulları qaytaracaq. Pulun bir qismini qaytardı, Mənə 48 min manat pul veriblər".

 

 

İttihama görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

 

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.

 

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.

 

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.

 

Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

 

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269