DGK: Külli miqdarda xarici valyutanın sərhəddən keçirilməsinin qarşısı alınıb

İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına “Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek
    Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəl...
  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272