DİN Ağsu və Hacıqabulda baş verən dəhşətli yol qəzaları barədə məlumat yayıb

din agsu ve haciqabulda bas veren dehsetli yol qezalari barede melumat yayib

Daxili İşlər Nazirliyi (DİN) Ağsu və Hacıqabul rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Ağsu rayonunun İlxıçı kəndi ərazisində şəhər sakini Teymurşah İsmiyevin idarə etdiyi “VAZ-2106” markalı  və digər “VAZ-2107” markalı  avtomobillər toqquşub. Nəticədə T.İsmiyev və sərnişini - arvadı Mehparə, habelə “VAZ-2107” markalı avtomobildə olan Siyəzən rayon sakinləri Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və  Pərvin Bayramov hadisə yerində ölüb, Bakı şəhər sakini Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilib.

 

Həmin gün Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Tərtər rayon sakini Bəhruz Hümbətov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Şahin Sevdimalıyevin idarə etdiyi “Bomog” markalı traktora vurub. Nəticədə B.Hümbətovun sərnişinlərindən - arvadı Şəlalə və qohumu Kamilə İsmayılova hadisə yerində ölüb, digər sərnişinləri, azyaşlı uşaqları Səbuhi, Rəşad və Umud xəstəxanaya yerləşdiriliblər.

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267