Faiq Əmirlinin məhkəməsi davam edib

faiq emirlinin mehkemesi davam edib

Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 

APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə F. Əmirlinin vəkili F. Mehdiyev çıxış edərək deyib ki, müdafiə etdiyi şəxsin səhhətində problemlər var, tez-tez məhkəməyə gedib-gəlmək pis təsir edir. Vəkil məhkəmə iclasının tezliklə yekunlaşmasını istəyib və iki nəfər hal şahidinin dindirilməsi barədə vəsatət verib. Bildirib ki, həmin şəxslər istintaq vaxtı dindirilməyiblər. Məhkəmə vəsatəti təmin etməyib.

 

İclasda F. Əmirli də səhhətinin yaxşı olmadığını deyib.

 

Proses iyulun 19-da davam edəcək.

 

Qeyd edək ki, F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271