FHN Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb

fhn semkir rayonunda bas veren mese yangini ile bagli melumat yayib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir  rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb və yanğın saat 18:25-də söndürülüb.

 

Yanğın nəticəsində 10 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan sahəsi yanğından mühafizə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272