Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş

gencede polisleri qetle yetirenlerden biri anasini oldurubmus

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərlə bağlı bəzi təfərrüatlar bəlli olub.

 

APA TV-nin xəbərinə görə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

 

"Google" axtarış sistemində apardığımız kiçik araşdırma zamanı məlum olub ki. Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub. APA-nın 17 iyul 2007-ci ildə yaydığı xəbərdə oxuyuruq: "Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb.

 

Onun sözlərinə görə, gecə saat 02:30 radələrində təqsirləndirilən Rəşad Böyükkişiyev öz yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 17-də 1966-cı il təvəllüdlü anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb.

 

İ.Həsənov istintaq davam etdiyindən, hadisənin təfərrüatı barədə heç bir məlumat verməyib. Prokuror köməkçisi qeyd edib ki, Rəşad hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb".

 

Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımovun "Facebook" sosial şəbəkəsindəki paylaşımlarından görünür ki, o, şiə məzhəbli radikal dindardır. F.Qasımovun ən son paylaşımları ötən ilin oktyabrında göstərir. O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, “İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”.

 

F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Yürüşün önündə gedən maşına isə İran inqilabının lideri Xomeyninin şəkli vurulub.

 

F.Qasımovun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. O, hətta ABŞ-da şiələrin Aşura mərasimindən də video paylaşıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272