Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Kənan Ramiz oğlu idarə etdiyi 23-BL-732 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən Potu kənd sakini, 1997-ci il təvəllüdlü Əbdülrəhimov Həsən Soltan oğlunun idarə etdiyi motosikleti vurub. Hadisə zamanı Həsən Əbdülrəhimov ağır bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272