Həbsdə olan şəxslərin adını əfv siyahısına salmaq adı ilə dələduzluq edən məhkumun məhkəməsi başlayıb

hebsde olan sexslerin adini efv siyahisina salmaq adi ile deleduzluq eden mehkumun mehkemesi baslayib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 
 
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 21-nə təyin edilib. 
 
 
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatlarında bildirilir ki, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Vüqar Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib almasına və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267