Həyətində narkotik bitkilər yetişdirən Qusar sakini saxlanılıb

heyetinde narkotik bitkiler yetisdiren qusar sakini saxlanilib

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan  APA-nın yerli bürosuna verilən məlumata görə, iyulun 10-da Qusar RPŞ-nin əməkdaşları daxi olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

 

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 9150 qram təşkil edən hündürlüyü 45-210 sm olan 23 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

 

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün  əkdiyini bildirib.

 

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272