Jurnalistlərin binasından ev düzəltmək adı ilə dələduzluq edən şəxsin məhkəməsində şahidlər ifadə verib

jurnalistlerin binasindan ev duzeltmek adi ile deleduzluq eden sexsin mehkemesinde sahidler ifade verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahid qismində Cəlil Quliyev ifadə verib.

 

O bildirib ki, bacısı qızı Mehriban İmanova ev almaq üçün ondan borc pul alıb: "Mən də təxminən hissə-hissə ona 2500 manat pul verdim. Başqa işlərdən xəbərim yoxdur, təqsirləndirilən şəxsi tanımıram. Mehribam İmanova mənə dedi ki, bizə jurnalistlərin binasından ev verəcəklər".

 

Digər şahid Zamiq Quliyev isə deyib ki, zərərçəkmiş Mehriban İmanovanın jurnalistlərə tikilən binadan ev alması üçün ondan pul aldığını deyib: "Mənə dedi ki, bir nəfər tanış var, pul müqabilində bizə ordan ev verəcək".

 

Zərərçəkmiş Natiq Şıxıyev jurnalistlərin binasından ev almaq üçün maşınını sataraq, 23 min manat pulunu Gündüz Hüseynova verdiyini deyib: "Mən qəzetdə işləyirdim, fəaliyyətim olmasa da, vəsiqə verilmişdi. Amma sonradan məni aldatdı. Hər dəfə soruşanda deyirdi ki, jurnalistlərə hələ ev verilməyib".

 

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistlərə tikilən binada ev verdirəcəyini bildirib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267