Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

kulli miqdarda narkotik qanunsuz dovriyyeden cixarilib

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

 

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267