Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər ağır yaralanıb

kurdemirde yol qezasi bas verib 2 nefer agir yaralanib

Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb.

 

 APA -nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saatlarında  Kürdəmir rayon ərazisində qeydə alınıb.

 

Kürdəmir rayonun Atakişili kənd sakini,  1985-ci il təvəllüdlü Rauf Rafiq  oğlu Əliyevin  idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb.

 

İdarəetmədən çıxan "Mercedes" yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və "VAZ-21011" markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267