XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

Lənkəranda dörd nəfərin ölümünə səbəb olan minik avtomobilinin sürücüsü saxlanılıb

lenkeranda dord neferin olumune sebeb olan minik avtomobilinin surucusu saxlanilib

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda dörd nəfərin ölümünə səbəb olmuş minik avtomobilinin sürücüsü, Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Növbətçi hissəsindən məlumat verilib.

 

Qeyd edək ki, ötən gün saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Xəlilzadə idarə etdiyi “VAZ-21099” markalı, 10 EG 472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

 

Avtomobilin sərnişini, Astara rayon salini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq Səbuhi Əliyevin həyarınıxilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Hadisəni törətmiş sürücü isə hadisə yerini tərk edərək istintaqdan yayınıb. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X. Xəlillzadə isti izlərlə yuaxalanaraq istintaq cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida idea ib ve wwf nin layihesi cercivesinde novbeti yay dusergesi baslayib
    Masallıda IDEA İB və WWF-nin layihəsi çərçivəsində növbəti y...
  • bakcell yeni satis ve xidmet merkezini acib
    "Bakcell" yeni satış və xidmət mərkəzini açıb
bakcell yeni satis ve xidmet merkezini acib bakcell yeni satis ve xidmet merkezini acib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2016

USD
1.5787
 
EUR
1.7366
 
RR
0.0239
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ