Masallıda yük avtomobili aşıb, yolda tıxac yaranıb

Masallıda yük avtomobili aşıb, nəticədə avtomagistralda nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Lənkəran sakininin idarə etdiyi 90 JF 334 dövlət nömrə nişanlı qum-çınqılla dolu yük maşını idarəetməni itirərək aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almasa da, yük maşınına ciddi ziyan dəyib.

 

Yük maşınını yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub. Hələlik yük maşınını yoldan götürmək mümkün olmayıb.

 

Hadisəyə səbəb kimi yük maşınının qarşısına azyaşlı uşağın çıxması nəticəsində sürücünün idarəetməni itirməsi göstərilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ