Məhkəmə xuliqanlıqda təqsirləndirilən şəxsə bəraət verib

mehkeme xuliqanliqda teqsirlendirilen sexse beraet verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Səid Abbasov və Orxan Səfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə O. Səfərovun vəkili Ceyhun Yusifov çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar günahsız olduqlarını bildiriblər.

 

Məhkəmənin hökmünə əsasən, S. Abbasova 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

 

O. Səfərov barəsində isə bəraət hökmü çıxarılıb.

 

İttihama görə, təqsirləndirilən şəxslər Bakıda bir qrup şəxslə birlikdə xuliqanlıq edərək, bir nəfərə ağır dərəcəli bədən xəsarəti yetiriblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027