Məhkəmə Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

mehkeme ziya memmedovun sabiq musavirine qarsi deleduzluqda teqsirlendirilen sexse beraet verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

 

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

 

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

 

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

 

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmdə qeyd olunub ki, prokurorluğun ittihamı subyektiv mülahizə əsasında hazırlanıb. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.R. Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. 

 

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pirallahi gunes elektrik stansiyasinin acilisi olub
    “Pirallahı” günəş elektrik stansiyasının açılışı olub...
  • azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib
    "Azneft" bu il 3,4 mln. ton neft və 2,6 mlrd. kubmetr qaz ha...
azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ