Mingəçevirdə kirayə verilən mənzil yanıb

mingecevirde kiraye verilen menzil yanib

Mingəçevirdə yanğın hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:30 radələrində Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 28 saylı mənzildə yanğın olub. Əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

 

İki otaqlı evin bir hissəsi yansa da, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.  Məlumata görə, hadisə zamanı həmin mənzildə kirayə yaşayan 1994-cü il təvəllüdlü Rüfanə Quliyeva evdə olmayıb. Hadisə barədə yanğınsöndürənlərə qonşular məlumat verib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.        
 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:52 23 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan holding in mehsullari worldfood azerbaijan sergisinde boyuk maraq dogurub
    ® “Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” s...
  • axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib
    AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçiril...
axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277