MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək

mtn generallarinin mehkemesinde elave sahidler dindirilecek

MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən Fizuli Əliyev bir epizod üzrə çıxış edib. S. Qurbanovun vəkilləri əlavə şahidlərin dindirilməsi barədə vəsatət veriblər.

 

Məhkəmə vəsatəti təmin edib.

 

İclasda təqsirləndirilən şəxslərin vəkilləri DTX-dan bəzi sənədlərin götürülməsi barədə vəsatət də veriblər. Bu vəsatət də təmin olunub.

 

Proses noyabrın 14-də davam edəcək.

 

İttihama görə təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) və digər maddələri ilə ittihamlar irəli sürülüb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272