Narkotik alverində təqsirləndirilən basketbolçunun məhkəməsi başlayıb

narkotik alverinde teqsirlendirilen basketbolcunun mehkemesi baslayib

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 


APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama əsasən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Bakıda kirayədə yaşadığı evindən 3 kiloqram 500 qram tiryək aşkarlanıb.

 

Toğrul Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir.
 

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, basketbolçu olduğunu bildirib: "Ölkənin bir neçə basketbol klubuda təmsil olunmuşam. "Qala" basketbol klubunun üzvü olmuşam. Həbs olunan gün evimizdə təmir işləri gedirdi”. 

Proses yanvarın 18-də davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib
    Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölən...
  • 20 yanvar faciesi qurbanlarinin xatiresi azmiu da anilib
    20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb ...
20 yanvar faciesi qurbanlarinin xatiresi azmiu da anilib 20 yanvar faciesi qurbanlarinin xatiresi azmiu da anilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ