DTX və Dövlət Gömrük Komitəsi birgə əməliyyat keçirib

dtx ve dovlet gomruk komitesi birge emeliyyat kecirib

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500000 ədəd saxta aksiz markası aşkarlanaraq, götürülüb.

 

APA-nın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. 

 

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir. 


Bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agir senaye ve masinqayirmanin inkisafina dair strateji yol xeritesi uzre tedbirlerin 9 i icra edilmeyib
    Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol ...
  • oktyabrda bakida global influencer day kecirilecek
    Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək...
oktyabrda bakida global influencer day kecirilecek oktyabrda bakida global influencer day kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027