Ombudsmanın əməkdaşları 2 saylı Cəzaçəkmə Müəssisəsində olublar

ombudsmanin emekdaslari 2 sayli cezacekme muessisesinde olublar

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxışlar keçirilib.

 

Saxlanılma şəraiti, tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni qısa və uzunmüddətli görüş yerlərinin, klubun, yardımçı yeməkxananın, telefon danışığı yerlərinin abadlaşdırılması, ümumi yeməkxana və hamamda təmir-yenidənqurma işlərinin davam etdirilməsi müsbət qiymətləndirilib.

 

Həyata keçirilən işlər çərçivəsində cərimə təcridxanasında saxlanılma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə tövsiyə edilib.

 

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə 40-dan çox məhkum konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib.

 

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, CM-lərin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ