Prokuror Əfqanıstan Veteranları İctimai Birliyinin sədrinə cəza istəyib

prokuror efqanistan veteranlari ictimai birliyinin sedrine ceza isteyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

O, Məhəmməd Vəliyev və Cavan Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilməsini istəyib.

 

Proses mayın 23-də davam etdiriləcək.

 

Qeyd edək ki, təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

 

Veteranlar bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

 

Bundan sonra sədr və sədr müavininə Cinayət Məcəlləsinin 178.3.2(  külli miqdarda dələduzluq), 311(rüşvət alma) və 308(vəzifə səlahiyyətləri aşma) maddələri ilə ittiham irəli sürülüb.

 

Hər iki şəxs barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə «За боевые заслуги», “Tərəqqi” medalı ilə təltif olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277