Prokuror külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş polis rəisinə cəza istəyib

prokuror kulli miqdarda menimsemede teqsirlendirilen kecmis polis reisine ceza isteyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

O, F. Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses mayın 18-də davam etdiriləcək.

 

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan bahalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276