Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb - YENİLƏNİB 2

qazaxda golde batan daha bir baliqcinin meyiti tapilib yenilenib 2

Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb.

 

Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyitini tapıblar.

 

*** 12.53

 

Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyiti sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə aşkarlanıb.

 

Digər balıqçı, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları davam edir.  

 

*** 11.03.2018 saat 12.02

 

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

 

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

 

*** 11.03.2018 saat 11.44

 

Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didivan gölündə batıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlərin axtarışı aparılır.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272